Çexiyada Çeçenistanın rəhbəri Ramzan Kadırova məxsus at oğurlanıb.
Bu barədə Çexiyanın “Idnes” nəşri məlumat yayıb.
Bildirilir ki, saf cins ingilis ayğırı Zazou ölkənin qərbindəki Krabçitse kəndində tövlədən oğurlanıb.
Çexiya hüquq-mühafizə orqanlarının məlumatına görə, içəri girən şəxs karabinin köməyi ilə zənciri qırıb və atı qaçırıb. Çexiya polisi at oğrusunu gücləndirilmiş rejimdə axtardığını bildirib.
Heyvanın qiyməti təxminən 18 min dollardır (təxminən 30,6 min manat).
Qeyd olunub ki, Zazou və Çexiyadakı bir neçə başqa at sanksiyalar çərçivəsində Kadırovun dondurulmuş əmlakı siyahısındadır. Ukraynaya qarşı müharibə başlamazdan bir ay əvvəl iki rusdilli şəxs ayğırı Çexiya tövləsindən Polşaya aparmağa çalışsa da, müəssisənin sahibi onlara icazə verməyib.
Heyvan 2012-ci ildə alınıb, yarışlarda çoxsaylı mükafatlar qazanıb.