“Son aylar Azərbaycanda stabillik müşahidə olunur. Düşünürəm ki, yaxın günlərdə sərhədlər də açıla bilər. Həkim kimi bu məsələ ilə bağlı yaxın günlərdə təhlükənin olduğunu görmürəm”.
Bu sözləri “ARB24″də yayımlanan “Nə baş verir?” verilişində qonaq olan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib.
TƏBİB rəsmisi əlavə edib ki, quru sərhədlərin açılacağı təqdirdə vaksin pasportu və koronavirus testi ilə bu məsələni tənzimləmək olar.