Sionist bir analizçi etiraf edib ki, İran İsrailin daxili cəbhəsinə zərbə endirib və İsrail buna hazır olmayıb.
Bu barədə “Ziman İsrail” qəzetində dünən (bazar ertəsi) dərc olunan məqalədə yazar Aviv Lavi bildirib ki, cəmi 12 günlük müharibə İsraillilər üçün təsəvvür edilməz həcmdə dağıntı gətirdi. Şübhəsiz ki, bunun təsirləri İsrailin iqtisadiyyatını və ətraf mühitini də vuracaq, lakin İsrail nə əvvəldən, nə də indi bu nəticələrə hazır olmayıb.
Məqalədə deyilir: bu müharibə nəticəsində İsraildə təxminən 800 min ton dağıntı qalıb – bu, İranın raketlərinin təkcə 12 gün ərzində İsrailə “hədiyyə” etdiyi miqdardır.
Minlərlə israillinin yaşadığı onlarla bina tamamilə dağılıb, digərləri isə sökülmək və yenidən tikilmək üçün boşaldılır.
İsrailin Ətraf Mühit Nazirliyi bildirib ki, açıqlanan rəqəm bu müharibədən qalan dağıntıların ilkin çəkisini göstərir və yekun rəqəmlər daha yüksək olacaq, çünki daha çox binanın dağıdılması gözlənilir.
Bu statistika şok edicidir: İsraildə ildə orta hesabla 7 milyon ton tikinti tullantısı yaranır, amma cəmi 10-15 gün ərzində İranın dağıdıcı raketləri bunun 10-15 faizini yaradıb.
Müəllif məqalənin sonunda tövsiyə edir ki, 7 oktyabr əməliyyatı zamanı, sonra Hizbullahla qarşıdurmada və indi İran hücumları nəticəsində saysız-hesabsız binalar dağıdıldığından İsrail tikinti tullantılarının təkrar emal sənayesini gücləndirməlidir. Əks halda, bu gedişlə tullantıların yaratdığı ekoloji ziyan İsrail üçün çox ağır olacaq.
