Çinin Tayçjou zooparkının sahibləri əlavə qazanc əldə etmək üçün insanların pandalara olan məhəbbətindən faydalanmaq qərarına gəliblər. Çau-çau cinsli iki it panda kimi rənglənib.
Məlumata görə, müəssisə sahibləri əsl pandalar çox baha qiymətə olduğundan bu yola baş vurublar.
Beləliklə, bala “pandaları” görmək üçün təkcə ilk günlərdə on minlərlə tamaşaçı cəlb olunub.
Lakin yalan tezliklə üzə çıxıb və sakinlərin qəzəbinə səbəb olub. İnsanları ciddi şəkildə narahat edən əsas məsələ balaların boyama prosesində zərər görüb-görməmələri olub.
Zoopark işçiləri isə qeyd ediblər ki, bir çox insan özlərinə heç bir zərər vermədən saçlarını rəngləyir.