ndoneziyada piton qadını udub.
Qeyd olunub ki, hadisə Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində baş verib.
Belə ki, 45 yaşlı Fəridə adlı qadın iyunun 6-da yoxa çıxıb.
Axtarışlar zamanı kəndlilər qadının itkin düşdüyü yerin yaxınlığında qarnı şiş vəziyyətdə olan beş metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından qadının cansız bədənini çıxarıblar.
Xatırladaq ki, İndoneziyada pitonunun insanı udması ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb. Pitonun qurbanı plantasiyada işləyən 54 yaşlı qadın olub.