İtaliyanın Kalabriya vilayətinin yerli hökuməti “Ndranqeta” mafiya qruplaşmasından müsadirə olunmuş evi partladıb. Bunun üçün 400 kq trotil sərf edilib.
Prosesi rayon rəhbəri şəxsən müşahidə edib.
Əməliyyat, hətta lentə alınıb: yayımlanan kadrlar 6000 kvadratmetr sahəsi olan evin necə yerə çökdüyünü və toz buludunun içində itdiyini göstərir.
Qeyd edilir ki, bina hələ 2012-ci ildə müsadirə olunub, keçən il isə dənizkənarı mənzərəni korladığı üçün onu sökmək qərara alınıb.