ABŞ-da həddindən artıq istidən canı sıxılan ayı evin cakuzisinə girərək sərinləyib.
Kaliforniya ştatının Los-Anceles şəhərinin Burbank səmtində istilərdən halı pisləşən ayı çarəni özünü soyuq suya atmaqda görüb.
Ayı bir evin həyətinə girib və özünü həyətdəki cakuziyə atıb. Cakuzidə sərinləyən ayı rahat nəfəs almağa başlayıb.
Burbank Polis Departamenti sakinlərə xəbərdarlıq edib ki, ayıların evlərə yaxınlaşa bilməməsi üçün zibil və yeməklərini bağlı yerlərdə saxlasınlar.