İstanbulun Şile rayonunda mina həyəcanı yaşanıb.
Üzmək üçün Sofular Köyündəki sahilə gedən vətəndaş dənizdə mina aşkarlayıb və bu barədə jandarma xəbər verib.
Hadisə yerinə göndərilən jandarm qrupları dənizdə 30-a yaxın partlamamış minanın olduğunu müəyyən ediblər. Ehtiyat tədbiri olaraq Sofular Xalq Çimərliyi jandarm qrupları tərəfindən boşaldılıb. Dənizdə tapılan 30-a yaxın mina isə nəzarət altında partladılacaq.
Çimərlik ərazisi boşaldıldıqdan sonra əraziyə giriş qadağan edilib.
Hadisə yerində və dənizdə araşdırma aparan Jandarm və Sualtı Müdafiə Qrup Komandanlığı partlamamış sursatların qədim dövrlərə aid olduğunu müəyyən edib. İlkin ehtimallara görə, minalar dalğalarla birlikdə Şile sahillərinə gəlib çatıb.