Türkiyə sosial-iqtisadi analitikləri iqtiadi böhranın milyonlarla insanın maddi vəziyyətinin gərginləşməsindən xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin yazdığı bir məqaləyə əsasən, ecazkar gözəlliyi olan İstanbul şəhərinin artıq fəqir və ac bir şəhər hesab olunur. Bundan əlavə bu şəhərdə fəaliyyət göstərən narkotik maddələr mafiyaçıları və insan qaçaqçılığı açıq-aşkar müşahidə olunmaqdadır. Beynəlxalq cinayət qruplaşmalarının məkanı, bomjların çoxaldığı, həm də fəsadın çoxaldığı bir şəhərə şevrilib.
İstanbul Planlama Ajansının verdiyi hesabata əsasən yazılan bu materialda İstanbulun zahiri görünüşünə diqqətlə yanaşılsa da, içəri küçələrdə nələr baş verdiyindən xəbərsiz turistlərə vətəndaşlıq almaq üçün 400 min dollarlıq satılı evlər təklif edilir.
Bu hesabatda 80% İstanbul əhalisinin ciddi iqtisadi problemlər yaşadığı, hətta gündəlik ehtiyaclarının təminində belə çətinlik çəkdikləri, yaşamaq üçün sadəcə minimum ehtiyaclarının ucuz və keyfiyyətsiz ərzaqla ödənə biləcəyi faktı qeyd edilir.
Bu hesabatın digər bir hissəsində yazılır: İstanbulda heç nə ucuz deyil, hər şey bahadır.