İstanbul hava limanında insanlara stress atmaqda yardımçı olmaq üçün xüsusi təlim keçmiş itlər peyda olub.
Beş itdən ibarət komanda bir neçə aylıq hazırlıqdan sonra işə başlayıb. Onlar yüksək səslərə və böyük insan kütləsinə reaksiya verməməyi öyrəniblər.
Hər bir it üçün onun temperamentindən və vərdişlərindən asılı olaraq fərdi cədvəl yaradılıb.
İtlər xidmət zamanı uniforma geyir və döş nişanları taxırlar. İt baxıcıları hər zaman onların yanındadırlar. Asudə vaxtda məhz onlar ev heyvanlarına qulluq edirlər.
Aeroport rəsmiləri yeni təşəbbüsə çoxlu müsbət cavablar aldıqlarını deyir və komandanı genişləndirməyi planlaşdırırlar.
2 şərhlər
oweaur
The Basic Principles Of buy injectable steroids. https://gracel803uhu0.bloguerosa.com/profile