İstanbul birjasının dəyər itkisi davam edir. Əkrəm İmamoğlunun saxlanılmasından sonra əvvəlcədən qeyri-sabit vəziyyətdə olan Türkiyənin iqtisadi bazarları da kəskin enişlə üzləşdi.
Bu zaman İstanbul birjası həftənin son günündə 16,5% dəyər itkisi ilə qarşılaşdı və İstanbul birjasının həftəlik dəyər itkisi baxımından 17 illik rekordu sındı.
İstanbul birjasındakı qeyri-sabitliklə yanaşı, qızıl və valyuta qiymətləri də daha sürətlə artmağa davam etdi. Bu çərçivədə ABŞ dollarının Türkiyə lirəsinə məzənnəsi 3,65 lirə artaraq 38,0110 lirəyə çatdı.
Qafqaztimes