İsrailli girovların ailə üzvləri baş nazir Benyamin Netanyahudan övladlarının cansız cəsədi gəlmədən öncə Həmasla girov mübadiləsi razılaşmasını imzalamasını tələb edirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, İzzəddin Əl Qəssam Briqadaları dünən (14 dekabr) “Netanyahu girovların ölümünü arzulayır” adlı videoçarxını yayımladıqdan sonra sionist girovların ailə üzvləri hiddətlənərək küçələrə axışıb.
Sionist girovların ailə üzvləri bu videodan sonra Netanyahunun müharibəni bitirmək qəsdi olmadığını, onların övladlarının mütləq ölümünü istədiyini deyirlər.
Qüds Tədqiqat Mərkəzinin müdiri Nəhad Quş Əl Aləm telekanalı ilə müsahibəsində deyib: Bu gün girovlardan birinin anası mediaya deyib ki, Netanyahu bizə yalançı vədlər verir. Günlər keçdikcə biz bunu daha yaxşı anlayırıq. Məncə Həmasın yayımladığı videolar Netanyahu və onun kabinetinin sözlərindən daha etibarlıdır.
Fələstinli siyasi analitik Cihad Hərb deyib: Dünən işğal olunmuş Fələstində keçirilən aksiyadan göründüyü kimi ordu, müxalifət, xalq və siyasi liderlərin heç biri Netanyahunun müharibəni bitirmək və girovları azad etmək kimi istəyinin olmadığı məlum məsələdir.