QafqazTimes xəbər verir ki, bir hökumət sənədi BƏƏ rəsmilərinin İsrail rejimi ilə münasibətləri normallaşdırdıqdan sonra BƏƏ-də yaşayan minlərlə müsəlmanı həbs etdiyini ortaya qoyub.
“Emirates Leaks” veb-saytına görə, 9 mart 2020-ci ildə imzalanan bu sənəd, BƏƏ rəsmilərinin israilli turistləri qorumaq üçün Əbu-Dabi, Dubay və Şarjada 3718 müsəlmanı saxladığını göstərir.
Sənədi BƏƏ Daxili İşlər Nazirliyinin baş müfəttişi Nasir Ər-Risi BƏƏ-nin daxili işlər naziri Seyf bin Zayed Al Nahyana göndərib.
İfşa edilən bu sənəddə israilli turistlərin təhlükəsizliyini təmin etmək və onları qorumaq üçün BƏƏ-də bir sıra müsəlmanları həbs etmiş polis məmurlarının siyahısı vardır.
BƏƏ Baş nazirinin müavini bununla bağlı sərəncam və tövsiyələr verib:
13 avqust 2020-ci ildə İsrail rejimi ilə normallaşma sazişinin imzalanmasından sonra BƏƏ-yə gələn İsrail turistlərinə və onların təhlükəsizliyinə dəstəyi artırın!
Məhz bu sərəncamın nəticəsində BƏƏ polisləri Əmirlik vətəndaşlarının və bu ölkədə yaşayan müsəlmanların həbsinə start verib.
BƏƏ polisinin bəyanatında iddia olunur ki, həbs olunan bu müsəlmanlar israilli qonaqlar və turistlərlə münasibətdə qayda və qanunu pozmuşlar.
Həbs edilən 3718 müsəlmanın taleyi məlum deyil.