Sionist rejimin Misirlə Rəfəh keçidi konfliktinin həlli istiqamətində təqdim etdiyi təklif Ramullahı qəzəbləndirib.
Əl Aləm telekanalının sionist medialarına istinadən verdiyi məlumata əsasən, Fələstin Özünüidarə Təşkilatı İsrailin humanitar yardımların çatdırılması üçün Rəfəh keçidinin İsrailə verilməsi barədə təklifi qəbul etməyib.
Məlumata görə ötən həftə İsrailin FÖT-ə təqdim etdiyi bu təklifdə bu təşkilatın nümayəndələrinin iştirakı ilə Rəfəhin nəzarətinin sionist hərbçilərə verilməsi qəbulolunmazdır.
Məlumatda deyilir: Qəzzə müharibəsi başlandığından bəri bu təklif FÖT-ə verilən ilk təklifdir. Halbuki ötən həftə İsrail hərbçiləri bu keçidi öz nəzarəti altına alıb və bu günə kimi heç bir humanitar yardım daxil olmayıb.
Bu təklif Şabak sədri ilə birlikdə bir neçə işğalçı rejim rəsmisinin imzası ilə Vaşinqton vasitəsilə Fələstin Özünüidarə Təşkilatına verilib. FÖT bu təklifin rədd cavabında Rəfəhin nəzarətini yalnız Ərəb Sülh Planı çərçivəsində mümkün ola biləcəyini və İsrailin bu keçidə nəzarətini qəbul edə bilməyəcəyini deyib.
1 şərh
Muchas gracias. ?Como puedo iniciar sesion?