Sionist rejimin müharibə naziri Qəzzədə müvəqqəti atəşkəs rejimi bitdikdən sonra Fələstin İslami Müqavimət Hərəkatı Həmasın daha da güclənəcəyi və mütəşəkkil bir hazırlıqla müharibəyə başlayacağını deyib.
Əl Aləm Telekanalının məlumatına əsasən, Yoav Qallant dünən (27 noyabr) hərbi zabitlərlə görüşü zamanı deyib: Bizim sadəcə bir neçə günümüz var və bir neçə gündən sonra biz yenidən döyüşə qayıdacağıq. Amma Həmas əvvəlki potensiallarından daha artıq qüvvə ilə müharibəni davam etdirəcək.
The Times of İsrael qəzetinin məlumatına görə Qallant deyib: Həmas atəşkəs zamanı yenidən toparlanacaq və bu zaman İsrail əsgərləri daha güclü bir qüvvə ilə sürprizlərlə qarşılaşacaqlar.
Qeyd edək ki, Yoav Qallant bu sözləri Qətər Qəzzədə müvəqqəti humanitar atəşkəsin uzadılması barədə razılaşmanı elan etdikdən sonra deyib.