İnformasiya qaynaqları sionist rejimin İsveçdəki səfirliyi yaxınlığında partlayıcı qurğunun aşkarlanmasından xəbər verirlər.
Fars İnformasiya Agentliyinin TV4 telekanalına istinadən verdiyi məlumata əsasən, İsveç polisi partlayıcı qurğu kontrollu partlayışla zərərsizləşdirilib.
İsveç polisi cihazın mahiyyəti, onun İsrail səfirliyi yaxınlığında yerləşdirilməsi barədə detallı məlumat verməyib.
Deyilənlərə görə, qurğu sionist səfirliyinin 100 metrliyində səfirlik əməkdaşları tərəfindən hasarın yaxınlığında aşkarlanıb. Stokholm polisi çağırışa it patrulu ilə gedərək qonşu küçəni bağlayıblar. Polis ilkin tədqiqata başladığını elan edib.
Hadisənin arxasında kimin ola biləcəyi barədə hələlik heç bir proqnoz verilməyib.
