İran XİN başçısı İsrail rejiminin atəşkəs rejiminin Həmas tərəfindən ləğv edilməsi iddiasının ağ yalan olduğunu deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Hüseyn Əmir Abdullahian BMT baş katibi Antonio Quttereşlə telefon söhbətində Fələstində baş verən hadisələrin müzakirəsində ilk növbətə baş katibin BMT nizamnaməsinin 99-cu maddəsinə əsasən verilmiş qətnaməyə uyğun Qəzzədə dərhal atəşkəs rejiminin bərqərarı barədə təkidlərinə görə minnətdarlığını bildirib.
Əmir Abdullahian həmçinin sionist rejimin Qəzzədə atəşkəs rejiminin davamının Həmas tərəfindən ləğv edildiyi iddiasının da mövcud faktlara görə ağ yalan olduğunu da vurğulayb.
Qeyd edək ki, ABŞ dünən (8 dekabr) BMT Təhlükəsizlik Şurasının Qəzzədə dərhal atəşkəs rejiminin bərqərar edilməsi barədə qətnaməyə veto tətbiq edib.
BƏƏ tərəfindən irəli sürülən bu qətnamə TŞ-nin 13 üzvü tərəfindən lehinə səslə qəbul edilib. Britaniya isə bu qətnaməyə bitərəf səs verib.