İsrailin 2025-ci il büdcəsinin Knesset tərəfindən təsdiqlənməsi ilə rejimin büdcə kəsirinin ilin sonuna qədər artacağı, sionistləri əvvəlkindən də çox qənaət siyasətləri həyata keçirməyə məcbur edəcəyi gözlənilir.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, müxalifət nümayəndələri İsrail rejiminin 2025-ci il büdcə layihəsinin təsdiqi prosesinə qarşı sərt etiraz aksiyaları keçirərkən çərşənbə axşamı mübahisəli büdcə layihəsi çərşənbə axşamı günü Netanyahu hökumətindən xilas edilib.
Məlumata görə, kabinetə müxalif olan qəzəbli etirazçılar binanın girişlərini bağlayıb, içəridə isə müxalifət nümayəndələri “Ar olsun” şüarları səsləndirdiyi üçün İsrail koalisiya kabinetinin nümayəndələri ciddi təhlükəsizlik altında Knessetə aparılıb.
Bu etirazlara baxmayaraq, hakim koalisiya 755 milyard şekel (205 milyard dollar) büdcə qanun layihəsini üçüncü və son oxunuşda irəli sürə bilib. Bu büdcənin təsdiqi Netanyahunun koalisiya kabinetindən çox mühüm təhlükəni aradan qaldırıb. Çünki büdcənin martın 31-dək təsdiq edilməməsi avtomatik olaraq parlament seçkilərinə səbəb olacaq.