QafqazTimes xəbər verir ki, minlərlə sionist cümə axşamı Təl-Əvivdə sionist rejimin baş nazirinə və məhkəmə sistemində islahatlar planına dəstək nümayişi keçirib.
Yayımlanan video görüntülərə görə, nümayişçilər küçə və yolları bağlayıb, məhkəmə sistemində islahatların davam etdirilməsini və ABŞ-ın bu işə qarışmamasını tələb ediblər.
Bu arada, çərşənbə günü axşam saatlarında Əl-Cəzirə xəbər telekanalına müsahibə verən ABŞ Müdafiə Nazirliyinin sözçüsü İsraildəki son hadisələrdən narahat olduğunu və İsrail liderlərini fikir ayrılıqlarına son qoymağa və gərginliyi azaltmağa dəvət etdiyini, deyib.
İbrani mediası çərşənbə axşamı (28 mart) yazıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarının təsdiqi prosesini dayandırmaq barədə sözlərinə baxmayaraq, onun əleyhdarları küçələrdə etiraz aksiyalarını davam etdirirlər.
Sionist rejimin baş naziri bazar ertəsi günü bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını elan edərək, deyib: “Mən məhkəmə sistemində dəyişiklik planını dayandırmağa və dialoq üçün fürsət yaratmağa qərar verdim.”
O, daha sonra iddia edib ki, zorakılıq tətbiq etməyə və atəşi alovlandırmağa hazır olan və orduda əsgərlərin olmamasını tələb edən kiçik bir qrup var. Halbuki İsrailin ordusuz sabit qalması mümkün deyil.
Sionist mediasında onun koalisiyasının bu məsələ ilə bağlı həmfikir olmadığı barədə xəbərlərin yayıldığı bir vaxtda Netanyahu mübahisəli layihənin qanunvericilik prosesinin davamından geri çəkilib.
