Qafqaztimes.com Vedomosti.ru-ya istinadən xəbər verir: İsraildə cəmiyyət sərt konturlarla iki yerə bölünüb. Ölkənin siyasi xəttini təyin edən dünyəvilərlə əhali üzərində daha böyük təsirə malik dindarlar arasında qarşıdurma sürətlə güclənir. Mərkəzi Statistika idarəsinin verdiyi məlumata əsasən, 2060-cı ildə ortodoks əhalinin sayı 10-25% artacaq. Bu artım dindar kəsimin ailədə övlad sayına məhdudiyyət qoymaması ilə bağlıdır. Dindar ailələrdə orta hesabla 5 övlad olur. Ortodoks yəhudilər İsrail yaranmamaşdan qabaq Fələstində yaşayıblar. Müxtəlif sektalardan ibarət olan dindar kəsim nüfuzlu ravvinlərə tabedir. Bu kəsim öz geyimi, zahiri görünüşü ilə asanlıqla seçilir. Onlar Tövrat oxuyur, adətən sionist rejimi qəbul etmədikləri üçün orduda xidmət etmirlər. Son onilliklərdə heç bir dövlət dini partiyasız keçinə bilməyib.Maraqlı bir fakt da var: koronovirusa yoluxanların 70 faizi ortodokslardır. Bu vəziyyət dindarların kütləvi dini mərasimləri davam etdirməsi ilə əlaqələndirilir.
İsraildə dünyəvilərlə dindarlar arasında gərginlik artır
Əvvəlki yazı
