Xəbər mənbələri sionist rejimin Dəməşqin kənarında yerləşən sənaye şəhəri Adra şəhərinə hücum etdiyini bildirib. Hücum nəticəsində ölənlərin sayının 17-yə yüksəldiyi bildirilib.
“Sky News”un verdiyi xəbərə görə, sionist rejimin Dəməşqin kənarında yerləşən Adra bölgəsinə təyyarə hücumunda şəhidlərinin sayı 17 nəfərə çatıb, bir neçə nəfər yaralanıb.
Bundan əvvəl Rusiya xəbər agentliyi Sputnik xəbər vermişdi ki, İsrail dronu Dəməşqin kənarında yerləşən sənaye şəhəri Adra yaxınlığında bir sıra ticarət mərkəzlərini hədəfə alıb. Nəticədə azı beş nəfər həlak olub.
Məlumata əsasən, sionist rejimin bu hücumu fəsadlar törədib.
Əl-Cəzirə xəbər agentliyi həmçinin Dəməşq ətrafındakı Adra şəhərinin ərazisində yerləşən silah anbarında baş verən partlayış nəticəsində bir neçə nəfərin həlak olduğunu və yaralandığını bildirib. Xəbər agentliyi qeyd edib ki, partlayış böyük ehtimalla İsrail dronlarının hücumu nəticəsində baş verib.
Əl-Mayadin şəbəkəsi həmçinin qeyd edib ki, İsrailin Dəməşq ətrafındakı Adra sənaye şəhərciyinə hücumu nəticəsində azı 6 nəfər şəhid olub, çoxlu sayda yaralı var.
Bəşər Əsəd rejiminin süqutundan bu yana sionist ordu Suriyanın hərbi infrastrukturunu bombalayır və məhv edir. Bundan əlavə, Suriyadakı hadisələrdən sui-istifadə edərək İsrail qüvvələri bu ölkənin cənub bölgələrinə, xüsusən də Quneytra şəhərinə daxil olub və Suriya ərazisini işğal edib.
Qafqaztimes
Al-alam
2 şərhlər
토토커뮤니티에서 고수들의 전략을 배워보세요.
Keeep onn writing, grewt job!