Sionist İsrail rejiminin 14-cü kanalı dünən – çərşənbə axşamı – sui-qəsd edilməsi lazım olan müqavimət liderlərinin fotosunun yanında Ayətullah Seyid Əli Sistaninin fotosunu dərc edib.
Bu gün Qərbin Ayətullah Sistaniyə hörmət etdiyini iddia edərkən İraq xalqına və dünya şiə müsəlmanlarına yalan danışdığı bəlli oldu.
Amma bu siyahı sübut etdi ki, Qərb Ayətullah Sistaninin İraq cəmiyyətini bir kəlmə ilə hərəkətə gətirə biləcək mənəvi gücündən qorxur.
Bu mənəvi güc Ayətullah Sistaninin “Kifayi cihad” fətvasında özünü göstərmişdir.
Bu fətva Həşd əş-Şaabi-nin yaranmasına səbəb olmuşdur.
Məhz o zaman İŞİD Amerika və sionist rejimin açıq dəstəyi ilə İraqın üçdə birini işğal etmişdi.
Bu gün sionist rejim, Amerika və Qərb artıq Ayətullah Sistaninin İsrail mallarını boykot etməsi və Livan, Fələstin və Suriya xalqları ilə sionistlərə qarşı həmrəylik elan etməsinə dözə bilmir.
Digər tərəfdən sionistlər bilirlər ki, şiələrin dini nüfuzlu şəxslərinə hücum qırmızı xətdir.
Ona görə də fitnə yaratmaqla şiələrə qarşı bir növ psixoloji müharibəyə başlamaq istəyirlər.
Bu fitnə aşağıdakı kimi həyata keçirilir:
Onlar xalqa təlqin edirlər ki, anti-sionist müqavimətin məhv olmaqdan başqa nəticəsi yoxdur.
Beləliklə, əgər liderlərinin həyatını xilas etmək istəyirlərsə, Fələstin davasından uzaqlaşmalı və Livana kömək etməməlidirlər.
Nəticədə bu iki İslam ölkəsi İsrailin asan şikarına çevrilsin.

Qafqaztimes
Alalam