Financial Times bu gün yazıb ki, İsrail davamlı olaraq raket çatışmazlığı ilə üzləşir və hava hücumundan müdafiəni gücləndirməyə çalışır.
Britaniya qəzetinə danışan silah sənayesinin yüksək rütbəli rəsmiləri, keçmiş hərbi məmurlar və analitiklər iddia edirlər ki, İsrail İranın hücumuna hazırlaşmaq üçün hava hücumundan müdafiəni gücləndirməyə çalışır.
ABŞ İsrailin hava hücumundan müdafiə sistemindəki boşluqları azaltmağa çalışır və bu səbəbdən İsraildə THAAD raket əleyhinə sistemi yerləşdirdiyini açıqlayıb.
ABŞ-ın keçmiş yüksək rütbəli rəsmisi Dana Stroll deyib: İsrailin döyüş sursatları məsələsi ciddidir. İran İsrailin hücumuna cavab verərsə və Hizbullah da ona qoşularsa, İsrailin hava hücumundan müdafiəsi təzyiq altında olacaq.
Onun sözlərinə görə: ABŞ Ukrayna və İsrailə silah-sursat verməyə davam edə bilməz. Biz uçuruma yaxınlaşırıq.
Qafqaztimes
Al-alam