QafqazTimes xəbər verir ki, İsrail Knessetinin parlament iclası Dini Sionist Partiyasının bir sıra üzvləri ilə Knessetin sədri arasında mübahisə ilə başa çatıb.
Fələstin İnformasiya Mərkəzi çərşənbə günü ibranidilli WiNet xəbər saytına istinadən xəbər verir ki, Dini Sionist Partiyasının iki üzvü bir dini məktəbdə bir neçə tələbənin İsrail polisi tərəfindən saxlanılmasına etiraz olaraq Knessetin spikeri Mikki Levi ilə mübahisə ediblər.
Mənbə qeyd edib ki, şifahi mübahisə fiziki qarşıdurmaya çevrilmək üzrə olub.
Samha Rutman Knesset spikerinə deyib: “Sən həyasız adamsan və ağlını itirmisən, dəlisən və məni təhdid edə bilməzsən.”
Münaqişə baş nazirin səlahiyyətlərini səkkiz ilə məhdudlaşdıran qanun layihəsinin təsdiqlənməsi üçün keçirilən dünənki iclasda baş verib.
Sionist müxalifəti bu iclasda baş nazir Naftali Bennetin iştirak etməməsini fürsət bilərək, bu qanunu səs çoxluğu ilə qəbul etməyə və hökumətə qarşı etimadsızlıq üçün zəmin yaratmağa çalışırdı. Amma rejimin qondarma ədliyyə naziri Qideon Saar qanunun səsverməsinə mane olaraq, bunu gələn həftəyə qədər təxirə salıb.