Sionist rejimin Kan televiziyası ABŞ prezidentinin minlərlə amerikalı hərbçini Suriyadan çıxarması barədə niyyətinindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Kan telekanalı dünən axşamkı (28 yanvar) verilişlərindən birində elan edib: ABŞ hərbçilərinin Suriyadan çıxması İsrail üçün nigaranedici bir xəbərdir.
Məlumatda deyilir: Ağ Ev rəsmiləri Tel Əvivə bir sıra xəbərdarlıqlar göndərib və bu xəbərdarlıq İsrail rəsmilərininin ciddi nigarançılığına səbəb olub. Belə ki, ABŞ hərbçilərini Suriyadan çıxararsa, bu, İsrail ordusunun bu ölkədəki hərbi gücünü zəiflədə bilər.
Qeyd edək ki, Pentaqonun ötən dekabrda verdiyi statistik məlumata görə ABŞ-ın Suriyada 2 min hərbçisi var.