QafqazTimes.com Russian.rt-yə istinadən xəbər verir: İşğalçı İsrail rejimi omikron ştammına yoluxanların monitorinqini təsdiqləyib. Sionist rejimin baş naziri Naftali Bennet fərman imzalayıb ki, ŞABAK təhlükəsizlik xidməti omikrona yoluxanları izləsin. Qanun 2 dekabrda qüvvəyə minir. Bundan əvvəl Tel-Əviv 2 həftə sərhədləri bağalamaq qərarına gəlib. 26 noyabrda ölkədə ilk B.1.1.529. – omikron ştammı aşkarlanıb.
Cənubi Afrikada tapılan omikron ştammı haqqında öncə qorxulu şayiələr gəzirdi. Amma ötən gün məlum oldu ki, omikronda deltanın təhlükəli halları yoxdur: qanda oksigen çatışmazlığı, boğaz ağrıları, davamlı qızdırma qeydə alınmayıb. Virusa yoluxanlar yalnız yorğunluqdan şikayətlənib və 2-3 günə sağalıb. Virusa adətən gənclər və uşaqlar yoluxur.
