Sionist rejim XİN-i İran əleyhinə müttəfiq cəbhə yaratmaq üçün Bolqarıstan və Rumıniya xarici işlər nazirləri ilə telefon danışığı aparıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Eli Kohen bu telefon danışığında Bolqarıstan və Rumıniya XİN-lərindən Avropa İttifaqının SEPAH-ın terrorçular siyahısına daxil edilmə qərarına dəstək vermələrini istəyib.
Bu məlumata görə Eli Kohen həmçinin onların da İran əleyhinə “müttəfiq cəbhə”sinə qoşulmalarını, sionist rejimlə iqtisadi və siyasi əməkdaşlıqlarının gücləndirilməsini təklif edib.
Bolqarıstan XİN-i Eli Kohenin İran barədə təklifini müsbət qarşılayıb.
Sionist rejim XİN-i İran əleyhinə müttəfiq cəbhə yaratmaq üçün Bolqarıstan və Rumıniya xarici işlər nazirləri ilə telefon danışığı aparıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Eli Kohen bu telefon danışığında Bolqarıstan və Rumıniya XİN-lərindən Avropa İttifaqının SEPAH-ın terrorçular siyahısına daxil edilmə qərarına dəstək vermələrini istəyib.
Bu məlumata görə Eli Kohen həmçinin onların da İran əleyhinə “müttəfiq cəbhə”sinə qoşulmalarını, sionist rejimlə iqtisadi və siyasi əməkdaşlıqlarının gücləndirilməsini təklif edib.
Sionist rejim XİN sözçüsü Bela Stoller elan edib: Bu telefon söhbətində Bolqarıstanın AEBA üzvlüyünü nəzərə alaraq İranın nüvə proqramında sionist rejim mövqelərinə dəstək olunması da istənilib.
Bu məlumata görə həmçinin Rumıniya XİN rəhbəri Boqdan Lusian Aeroskodan da İran əleyhinə ittifaq yaratmaqda dəstək istənilib.