Yedioth Ahronoth qəzeti İsrail ordusunun insan qüvvəsi böhranı nəticəsində bəzi hərbi batalyonlarını belə formalaşdıra bilmədiyindən xəbər verib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katz son günlər İsrail ordusunun Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumlarının genişlənməsi barədə təhdid dolu tonla danışarkən, sionist işğalçı ordunun zabitləri ordunun ehtiyat hissələrinin sayının kəskin azaldığını aşkar ediblər.
İsrail ordusunun bəzi zabitlərinin ifşaedici açıqlamalarına görə, orduda canlı qüvvə böhranı var və ehtiyatda olan qüvvələr müharibədə iştirak etməkdən yayınır və hətta bəziləri fəraridir.