İran mediaları raket hücumlarından sonra işğal olunmuş Fələstində güclü partlayış səsləri eşidilib və onun ardınca Ben Qurion hava limanı tamamilə bağlanıb.
İRNA-nın məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayaraq raket zərbələri zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox F-35 təyyarəsi vurulduğunu elan edib.
İRİB telekanalı isə İranın “Fəttah” hipersəs raketlərinin İsrailin “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərini məhv etdiyini açıqlayıb.
Fars İnformasiya agentliyi isə İran raketlərinin 80 %-nin İsraildəki hədəfləri vurduğu barədə xəbər verib. Həmçinin iddia edib ki, bu, yalnız birinci hücum dalğasıdır və ikincisini gözləmək lazımdır. Eyni zamanda İsrail Ordusu hələlik yeni hücumun gözlənilmədiyini bildirib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.