QafqazTimes xəbər verir ki, Fələstinli Əsirlər və Azad Edilənlərin İşləri üzrə komitənin tədqiqat rəhbəri Əbdül Nasir Fərvanə deyib: “İsrail həbsxanalarında olan 600-dən çox fələstinli əsir xəstədir.”
Əl-Məyadin telekanalının məlumatına görə, o, onlarla insanın ürək xəstəliyi, böyrək çatışmazlığı və xərçəng kimi təhlükəli xəstəliklərə malik olduğunu və ya iflic olduğunu, bəzilərinin hətta başqalarının köməyi olmadan ayaq yoluna gedə bilmədiyini bildirib.
Fərvanə həmçinin deyib: “Bunlar sadəcə xəstəliyin əlamətləri aşkarlanan insanlardır. Əgər bütün əsirlər müayinə olunsa, şübhəsiz ki, xəstə əsirlərin sayı daha çox olacaqdır.”
Bununla bağlı Fələstinli Əsirlərin İşləri üzrə komitə bu yaxınlarda xərçəng xəstəsi olan əsir Nasir Əbu Həmidin fiziki vəziyyətinin kritik olduğunu və onun komada olduğunu açıqlamışdı.
Məlumata görə İsrail həbsxanalarındakı fələstinli əsirlərin sayının 40-ı qadın, 170-si uşaq və 380-ı ittihamsız şəxs olmaqla 4500 nəfərə yaxın olduğu bildirilir.
