Amerika mediaları Tel Əvivin danışıqlar qrupunun yüksək vəzifəli üzvündən sitat gətirərək İsrail baş nazirinin Knessetdəki çıxışından sonra Qətər və Misir vasitəsilə HƏMAS-a girov mübadiləsi zəminində danışıqlarda öhdəlik götürəcəyi barədə mesaj göndərib.
Əl Aləm telekanalının məlumatına əsasən, Amerikanın Axios internet portalı yazıb: İsrailin yüksək rütbəli rəsmisi deyib ki, Tel Əviv baş nazir Benyamin Netanyahu Həmasa ünvanladığı bir videoda “həmişəki kimi” danışıqlara sadiq qaldığını elan edib.
Tel Əviv rəsmisinin sözlərinə görə Benyamin Netanyahu Knessetdəki çıxışında “sadiq” olubmuş və bir növ düzəliş hesab olunur. Çünki bu günə kimi o, açıq-aşkar İsrailin təklifini dəstəklədiyini dilə gətirməyibmiş. Bu çıxışla baş nazir topunu Həmasın meydanına atmış olub. Həmas bu təkliflə razılaşarsa, girov mübadiləsi baş tutacaq və biz indi razılaşma üçün çalışmalıyıq.