İran İslam Respublikasının müdafiə naziri sionist İsrail rejiminin Azərbaycan Respublikası ilə davamlı səfərlərinə münasibət bildirərək deyib: İsrail daxili və xarici siyasətlərində dalana dirəndiyi bir dövrdə yenə də bəzi düçmənçiliklərindən əl çəkmir.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, general Əmir Məhəmmədrza Aştiyanı ötən həftə sionist rejim müharibə nazirinin Azərbaycana səfərinə münasibətində bildirib: İsrailin indiki şəraitdə düşdüyü bataqlıqdan çıxması mümkünsüz nəzərə gəlir.
General Aştiyani Azərbaycanı nəzərdə tutaraq qonşu ölkələrə belə bir mesaj verərək qeyd edib: Bəziləri bu rejimlə münasibətlər qursa belə, prinsipial olaraq onların mahiyyətinin nə olduğunu yaxşı bilir.
Xatırladaq ki, iyun ayında İsrail prezidenti İshaq Hersoqun ardınca müharibə naziri Yoav Qalant Bakıda rəsmi səfərdə olub. İran İslam Respublikası yaxın bir qonşu ölkə timsalında bu münasibətlərə etirazını elan edir.