İbri dilli medialar Tel Əvivin Amerikanın Ərəbistanla olan danışıqlarının detallarından xəbərsiz olduğunu yazırlar.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Amerika rəsmiləri Səudiyyə Ərəbistanı ilə müzakirələrinin detalları barədə İsrailə heç bir məlumat vermir.
Mearyo qəzeti yazır: ABŞ-Ərəbistan müzakirələri barədə mediada verilən məlumatlar bir o qədər də dəyərli deyil. Amma Riyazın bu danışıqları aparmasının əsas səbəbinin İranla eyni səviyyədə olmasına və nüvə proqramına başlamasına əminik.
Məlumatda həmçinin deyilir: Ərəbistanın Fələstin məsələsini şərt kimi təqdim etməsi də Amerika tərəfindən verilən çıxış yolu kimi hesab edirik və Riyazla heç bir əlaqəsi olmadığını düşünürük. Çünki Amerika son zamanlar Fələstin-İsrail buzlarının əriməsinə çox cəhd göstərir.
Mearyonun yazdığına görə ABŞ-Ərəbistan danışıqlarının detalları olmadığı üçün Tel Əviv heç bir proqnoz verə bilmir və əldə olan məlumatları qəti qərar vermək üçün yetərli deyil.
