QafqazTimes.com Timesofisrael-ə istinadən xəbər verir: Ötən 2021-ci il işğalçı İsrail rejimində əhalinin orduya inamının itməsi ilə yadda qalıb. SAXAL – İsrail ordusu dünyanın ən qəddar ordusu sayılır. Bu ordunun ayağında yüzlərlə hərbi cinayət var. İsrail Demokratiya İnstitutunun sorğusu bu həqiqətləri işıqlandırıb. Respondentlərin 78 faizi deyib ki, SAXAL-a qismən inanır. 2008-ci ildə respondentlərin 90 faizi orduya inandığını demişdi. İsrail Demokratya İnstitutu rejimə bağlı institutdur və bu sorğu rejimə yaxın çevrədə aparılıb. Əgər Tel-Əvivdə keçədə kamera qurulsa və əhali orduya münasibət bildirsə, olduqca fərqli rəqəmlər alınar.
İsraildə əhalinin orduya inamının istməsinin 3 əsas səbəbi var. Əvvəla ordu etiraz aksiyalarında əhali ilə vəhşicəsinə davranır. İkincisi, orduda əxlaqsız elə bir səviyyəyə çatıb ki, sadə xalq ordunu öz ordusu saymır. Üçüncü səbəb bu ordunun dünyada yəhudiləri gözdən salmasıdır. Dünya yəhudiləri bu ordunun səviyyəsi əsasında dəyərləndirilir. Dünya 70 ildir bu ordunun fələstinli qadın və uşaqlara divan tutmasını izləyir.
