QafqazTimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmail Həniyyə bazar ertəsi İnqilabın qələbəsinin 43-cü ildönümü münasibətilnə İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərib.
Əl-Məyadin xəbər telekanalının məlumatına görə, Həniyyə məktubunda İslam İnqilabının qələbəsinin İslami Müqavimət layihəsi üçün böyük nailiyyət olduğunu vurğulayıb.
O, İnqilabın Ali Rəhbərinə xitabən deyib: “Biz həmişə Fələstin xalqına və onun müqəddəs işinə dəstəyiniz və parlaq mövqeyinizlə dərin qürur hissi keçiririk.”
Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri ötən il də İnqilabın qələbəsinin 42-ci ildönümü münasibətilə İran İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı məktubda ona təşəkkür etmişdi.
Bununla bağlı İsmayıl Həniyyə deyib: “Biz Həmas hərəkatı və bizimlə birlikdə Fələstin xalqı bu əlamətdar hadisənin sevincini sizinlə bölüşür və bununla Fələstini, onun haqq işini, bu ölkənin xalqına dəstəyinizdəki şərəfli və davamlı mövqeyinizə görə sizə dərin minnətdarlığımızı bildiririk.”