QafqazTimes xəbər verir ki, İslami Cihad hərəkatı Herzoqu terrorçu adlandıraraq, onun Türkiyədə qarşılanmasını Fələstinə xəyanət hesab edib.
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri ilə bağlı bəyanatı ilə eyni vaxtda İslami Cihad Hərəkatı da onun Türkiyədə qəbul edilməsini kəskin şəkildə pisləyib.
İslami Cihad hərəkatı bəyanatlnda bildiririb ki, bu səfər sionistlərin Qüds əhalisinə qarşı təcavüzü və düşmənin müqəddəs yerləri yəhudiləşdirmək və Məscidül-Əqsaya qeyri-qanuni daxil olmaq planlarının davam etdiyi bir vaxtda həyata keçirilir.
İslami Cihad sionist rejim başçısının Türkiyəyə səfərini “Fələstin xalqının mübarizəsinə qarşı düşmənə dəstək” xarakterizə edərək vurğulayıb: “Bu və ya digər ölkənin maraqlarını bəhanə edərək düşmənlə münasibətləri bərpa etməyə çalışmaq Qüds və Fələstinə xəyanətdir.”
Sonda hərəkat türk müsəlman xalqının bu səfərə qarşı olan güclü mövqelərini qiymətləndirərək vurğulayıb: “Sionist rejim prezidentinin qarşılanması, Qəzzə mühasirəsini yarmaq yolunda şəhid olmuş türk şəhidlərinin qanına, həmçinin türk xalqının Fələstinin hüquqlarına dəstək mövqeyinə məhəl qoymamaqdır.”