QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Xalid əl-Bətş Qəzzanın şərqində “Torpaq günü”nün 47-ci ildönümü münasibəti ilə Fələstin milli və islami qruplarının keçirdiyi xalq nümayişlərində bir daha müqavimət variantına təkid edib.
Əl-Bətş deyib: “Fələstin xalqı üçün müqavimət meydanında vəhdətdən başqa çarə yoxdur və qaçqınlar geri dönənə qədər, Fələstin azad edilənə və sabit Fələstin xalqı olana qədər Qüds qılıncı heç vaxt qınına qayıtmayacaq. Fələstin xalqı 1948-ci ilin işğal olunmuş ərazilərində güclü və sabit qalacaqdır.”
“Fələstin Əl-yovm” saytının xəbərinə görə, Əl-Bətş belə əlavə edib: “Fələstini azad etməyin yolu ancaq silah lüləsindən, səngərlərin və silahların birliyindən keçir.”
O, sionistlərin Fələstin xalqına qarşı hücumlarının güclənməsinə, o cümlədən fələstinlilərin təqibinə, evlərin dağıdılmasına, onların didərgin salınmasına və mühasirəyə alınmasına işarə edərək, işğalçı rejimin tarixi şəhərləri məhv etmək, sionistlərin təhrif olunmuş rəvayətləri əsasında fələstinliləri sıxışdırmaq və bu şəhərləri yəhudiləşdirmək səyləri barədə xəbərdarlıq edib.
O, həmçinin vurğulayıb ki, sionist rejimlə münasibətlərin istənilən normallaşması və onun tanınması Fələstin xalqının kürəyinə vurulan bir zərbədir.
