Fələstin İslami Cihad Hərəkatı bu gün (13 aprel) müqavimət qrupları nə olursa-olsun üzərinə düşən məsuliyyətə görə Fələstin xalqının müdafiəsi üçün öz vəzifəsini layiqincə yerinə yetirəcəyini elan eidb.
İRNA-nın məlumatına əsasən, Fələstin İslami Cihad hərəkatı yayımladığı bəyanatda bütün fələstinliləri sionist rejimin təcavüzlərinə qarşı möhkəm iradə nümayişini davam etdirməyə dəvət etdikdən sonra Fələstin xalqını müdafiə etmək vəzifəsini yerinə yetirəcəyini, daşıdığı məsuliyyət uğrunda əlindən gələni əsirgəməyəcəyini elan edib.
Bəyanatda deyilir: Fələstin Özünüidarə Təşkilatı 30 ildən çox sionist rejimlə mübarizədən sonra Fələstindəki mövcud vəziyyətə görə məsuliyyət daşıyır . Həmçinin FÖT Ərəb ölkələri və müsəlmanların sionist rejimə bütün sahələrdə təzyiq göstərməsini istəyir.
