QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının Siyasi Bürosunun üzvü Xalid əl-Bətş işğal altındakı Qüds şəhərinin Şeyx Cərrah məhəlləsində Fələstin müqavimətinin sionist təcavüzü qarşısında əlibağlı oturmayacağını vurğulayıb.
Əl-Bətş Fələstin Əl-Youm xəbər saytına verdiyi müsahibədə Qəzza zolağında Fələstin müqavimətinin lazım gələrsə Şeyx Cərrahdakı etnik təmizləməyə cavab olaraq yeni müharibəyə başlayacağını bildirib.
O, belə qeyd edib: “İordan çayının qərb sahilində və Qüdsdə baş verən hadisələr fonunda sionist rejim tərəfindən Qəzzə zolağının təhdid edilməsi müqavimətin vəhdətini göstərir. Biz bir millətin övladlarıyıq. Düşmənin münaqişəni Qəzzaya köçürmək mesajı da bizi qorxutmur.”
İslami Cihad rəsmisi bəyan edib: “Əgər düşmən Qəzzənin bombalanmasına legitimlik qazanmaq üçün müharibəni Qəzzəyə köçürmək istəsə, o, bilir ki, müqavimət də bu müharibəni bu rejimin daxilinə çəkməyə qadirdir. Çünki bununla müqavimət Bennet hökumətini devirəcək və o, Şeyx Cərrahdakı cinayətlərinin əvəzini ödəyəcəkdir.”
Əl-Bətş ərəb və islam ümmətini Şeyx Cərrah əhalisinə qarşı etnik təmizləməni və yəhudiləşdirməni dayandırmağa və vasitəçi tərəfləri sionistlərin bölgədəki hərəkətlərini durdurmağa çağırıb.