Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə Fələstin İslami Cihad Hərəkatının bazar günü gecə yaydığı bəyanatda deyilir: “Biz Ərəb Əmirliyi hökmdarlarının düşmən sionist hökumətinin başçısı Naftali Bennetti qarşılamasını kəskin şəkildə pisləyirik.”
İslami Cihad əlavə edib: “İşğalçı rejimlə münasibətlərin normallaşması və ittifaq yaratmaq Fələstinə xəyanətdir.”
Bəyanatda həmçinin qeyd edilib: “Benneti qarşılamaq bu cinayətkar rejimin təhlükəsizliyini gücləndirmək və onun qeyri-legitim mövcudluğunu qanuniləşdirməyə çalışmaq deməkdir.”
Bundan əvvəl xəbər mənbələri İsrail baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə səfər etdiyini məlumat vermişdilər.
Bennettin BƏƏ-yə səfəri regional siyasi dairələr tərəfindən Təl-Əviv ilə BƏƏ arasında münasibətlərin normallaşmasından bəri ən yüksək səviyyəli səfər kimi qiymətləndirilib.
Alınan hesabatlarda iki tərəf arasında aparılan danışıqlara dair əlavə təfərrüatlar verilməyib.