Fələstin İslami Cihad Hərəkatının sözçüsü İran İslam İnqilabının Fələstin xalqı üçün bir örnək olduğunu vurğulayıb.
Əl-Aləm telekanalının məlumatına əsasən, Davud Şahab bu gün İİR İslam İnqilabının 44-cü ildönümü münasibəti ilə verdiyi müsahibədə deyib: Şübhəsiz, İran İslam İnqilabı bütün region ölkələri tarixində bir dönüş nöqtəsi idi və Fələstin müqavimətinə güclü müsbət təsir göstərdi.
D.Şahab həmçinin deyib: İslam İnqilabı qələbəsindən bu günə kimi Fələstin və müqavimət amallarının dəstəkçisi olub; 1987-ci il və Əl-Əqsa qiyamları bunun canlı şahididir.
D.Şahab müsahibənin sonunda vurğulayıb: Bu gün istər Qəzzə zolağında, istər İordan çayı sahillərində, istərsə də Qüdsdə İranın dəstəyi nəticəsində Fələstin müqavimətinin nailiyyətlərinin şahidisiniz. Həmçinin “Qüds sazişi”, “meydan birliyi” və “vəziyyətin normallaşdırılması” məsələsində İranın zəhməti danılmazdır.