Sionist rejim qəsəbə sakinləri 7 qrup halında Məscidül Əqsaya hücum ediblər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, son günlərdə sionist rejim hərbçilərindən əlavə, yəhudiləşdirilmiş qəsəbə sakinləri də Məscidül Əqsaya hücumlar həyata keçirirlər.
Məlumatda həmçinin qəsəbə sakinlərinin Məscidül Əqsa qapılarında dayanıb müsəlmanları məscidə daxil olmağa maneələr də yaratdıqları deyilir.
Əlcəzirə telekanlı deyir ki, qəsəbə sakinləri 50 yaşdan aşağı müsəlmanların Məscidül Əqsaya girişi tamamilə qadağan edilib.
Radikal təhlükəsizlik naziri İtamar Ben Qvirin baş nazir Netanyahu ilə məsləhətləşməsinə əsasən, Ramazan ayının sonuna qədər sionist qəsəbə sakinləri fələstinlilər üçün hər hansı bir qadağa qoymaqda azaddırlar. Məscidül Əqsaya giriş üçün təyin olunan 7 qadağa qrupu adi sionistlərdən təşkil edilib. Maraqlısı da budur ki, bu məsləhətləşməin nəticəsini müharibə naziri Yuav Qalant da təsdiqləyib.
