Sxtakar sionist rejimin prezidenti bu günə kimi bu həddə qədər daxili siyasətdə belə bir böhran yaşamadığını etiraf edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İshaq Hertzoq dünən axşam (6 sentyabr) “məhkəmə islahatı” planı barədə fikir bildirərkən bu vaxta qədər belə bir siyasi böhrana düşmədiyini və diplomatik konfliktlərin kulminasiya nöqtəsinə çatdığını etiraf edib.
Eks-prezident Şimon Prezin anım mərasimində çıxış edən Hertzoq deyib: 9 aydır İsrail dərin daxili böhran yaşayır və siyasi dəstələri müxalifəti təhlükəsizlik və iqtisadiyyata mənfi təsir göstərir.
Müxalifəti dialoqa dəvət edərək konfliktin yalnız müzakirə yolu ilə həll edilə biləcəyini vurğulayan Hertzoq deyib: Danışıqlarda udan-uduzan tərəfi olduğu təqdirdə, hər iki tərəf uduzacaq.