QafqazTimes.com Alalam-a istinadən xəbər verir: Sionist rejimin heç bir ittiham olmadan həbsdə saxladığı fələstinli Hişam Əbu-Həvaş 141 gündür aclıq aksiyası keçirir. İşğalçı sionist rejimin fələstinlilərə, əsirlərə qarşı vəhşilikləri artan xətlə davam edir. Fələstin müqavimət qüvvələri Əbu-Həvaşa dəstək aksiyası keçirib. Mətbuat konfransında bildirilib ki, cümə günləri “Qəzəb günü” olaraq Əbu-Həvaşa dəstək vermək təklif edilir. HƏMAS-ın rəhbərlərindən olan İsmail Rizvan İsrailin vəhşi hərəkətlərinə susan dünyanı ikili standarta görə suçlayıb. Rizvan vurğulayıb ki, sionist rejim Əbu-Həvaşın həyatına görə məsuliyyət daşıyır. O, Fələstin Muxtariyyatı qurumunu da İsraillə sazişçi rəftarlara son qoyub əsirlərin müdaiəsinə qalxmağa dəvət edib.
Əl-Usəra komitəsinin vəkili Cavad Boulus aclıq aksiyası keçirən fələstinli əsirin sağlamlıq durumunun böhranlı olduğunu bildirib. Əbu-Həvaş artıq çətinlilə danıır, aclıqdan yaranan problemlərdən əziyyət çəkir.
1 şərh
I visit each day some web sites and blogs to read articles or reviews, except this blog gives quality based articles.