Qafqaztimes xəbər verir ki, “Palestine Today” xəbər agentliyinin verdiyi məlumata görə, İsrail ordusu hərbiçiləri cümə axşamı gecəsi işğal olunmuş Qüdsdəki Bab əl-Amud bölgəsinin sakinlərinə hücum edərək onlarla nəfəri yaralamış və bir neçə nəfəri isə həbs etmişlər.
Fələstinin Qızıl Aypara cəmiyyəti, bu qarşıdurmalarda 100 fələstinlinin yaralandığını bildirib.
Yerli KİV xəbər verir ki, işğalçı rejim qüvvələri Bab əl-Amudda Muhəmməd Xızr Əbulhəva və Tariq Bəkr Əbulhəva adlı 20 və 23 yaşlı iki fələstinli gənci həbs etmişlər.
Fələstinli mənbələr Qüds əhalisi ilə sionist milislər arasında toqquşmaların hələ də qismən davam etdiyini və bu qarşıdurmalar zamanı “Vadi Əl-Covz” qəsəbəsi sakinlərindən birinin avtomobilinin yandığını xəbər veriblər.
