Fələstinin pytaxtı Qüds şəhərində cinayətkar sionist reimin qoyduğu məhdudiyyətlərə baxmayaraq 250 mindən çox fələstinlinin iştirakı ilə Mübarək Ramazan ayının ikinci cümə namazı qılınıb.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist İsrail rejiminin Qüdsdə yaşayanlar və Fələstinin işğal olunmuş digər bölgələrindən fələstinlilərin Əqsa məscidinə toplaşmasını əngəlləməsinə baxmayaraq bu gün Əqsa məscidində cümə namazına xeyli sayda insan qatılıb.
Məlumatda həmçinin deyilir: Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bir bəyanat yayımlayaraq xalqın dini və mənəvi dəyərlərə bu həddə sadiq qalmaları sayəsində işğal olunmuş Qüds və Məscidül Əqsanın müdafiəsində mübariz Fələstin xalqı mütləq qələbə çalacaq.