QafqazTimes xəbər verir ki, İraq parlamentinin üzvü Suheylə əs-Sultani xəbərdarlıq edib: Sionist rejimin (Mossad) İraq Kürdüstanı bölgəsində baza və qərargahlarının olması ölkəni hər tərəfdən təhdid edən bir fəlakətdir.
“ABŞ bazalarının, xarici qüvvələrin və İsrailin casus agentliyinin İraqda olması qəbuledilməzdir, çünki bu, beynəlxalq və BMT qanunlarına əsasən ölkənin suverenliyinin pozulmasıdır”, – deyə əl-Sultani Əl-Məlumə saytına deyib.
O, təkid edib ki, İraq Dövlət Departamenti Türkiyə, Fars körfəzi ölkələri, ABŞ və sionist rejimdən bütün hərbi və mülki qüvvələrin çıxarılmasını təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatına şikayət etməlidir.
Bundan əvvəl İraq Bədr təşkilatının komandirlərindən olan Məhəmməd əl-Bayati Mossad kəşfiyyat mərkəzlərinin İraqdakı əksər ABŞ hərbi bazalarının yaxınlığında yerləşdiyini və İraq hökumətinin ABŞ bazaları yaxınlığında sionist casus mərkəzlərinin yaradılmasına etinasızlıq göstərməsinə görə məsuliyyət daşıdığını bildirmişdi.