Rusiya-Suriya qırıcıları İdlibdə Əl-Nusra Cəbhəsinin mövqelərinə hücum edib və ağır artilleriya həm də Həmanın qərb ətraflarında Əl-Nusra üzvlərinin toplaşdığı yerləri hədəf alıb.
Suriya hökumətinin silahlı qrupların işğal etdiyi ərazilərə nəzarəti bərpa etmək səylərinin bir hissəsi olan bu əməliyyatda Suriya ordusunun irəliləyişi kifayət qədər göz qabağındadır.
Suriya ordusu xüsusilə İraq Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi Şəbi) Həma cəbhəsində Suriya qüvvələrinə qoşulması xəbərini eşidəndən sonra yüksək əhval-ruhiyyədə olub.
Mediada İraqın Xalq Səfərbərlik Qüvvələrinin ( Həşdi-Şəbi) təkfirçilərə qarşı döyüşmək üçün Suriyaya doğru hərəkət etdiyi görüntülər dərc edilib.
Qafqaztimes
Al-alam