İraq Əl Nücəba Hərəkatının baş katibi Suriyada baş verən son hadisələrə işarə edərək sionist rejimin Dəməşqdə yeni cəhdləri, müqavimət dəstələrini dağıtmaq istəyi ilə yeni planlarbarədə deyib: Biz heç vaxt Qəzzəyə dəstəkdən əl çəkməyəcəyik.
İRNA-nın məlumatına əsasən, Əkrəm Əl Kəəbi bu gün (3 dekabr) sionist rejimə xitabən deyib: Müqavimət dəstələrini yayındırmaq üçün Suriyada terrorçu muzdurlar üçün Suriyada açdığı yeni cəbhə bizi məqsədimizdən döndərməyəcək və bizi zəiflətməyəcək.
Əl Kəəbi əlavə edib: Biz gözlərimizi Məscidül Əqsaya dikib qarşımıza Qəzzəyə dəstək məqsədi qoymuşuq. Bizim əsas məsələmiz Fələstinin azadlığıdır və möhkəm iradəli fələstinlilər azad olmayana qədər müqavimət onlara dəstəkdən əl çəkməyəcək.