QafqazTimes xəbər verir ki, 2017-ci il dekabrın 10-da İraq hökuməti İŞİD üzərində qələbəni rəsmən elan edərək ölkənin rəsmi təqvimində bu günü istirahət günü elan etdi.
Bu qələbənin üzərindən 7 il keçir, hər il İŞİD-in məğlub olduğu gün İraq xalqı və Həşdu Şabi kimi müqavimət qüvvələri bu ölkənin müqəddəs ziyarətgahlarında bu günü qeyd edirlər.
Bu il “Fatimiyyə” günlərinin bu günə təsadüf etməsi səbəbindən iraqlılar Həşdu-Şabi qüvvələri ilə birlikdə Kərbəla və Nəcəf şəhərlərinə gedərək, əzadarlıq dəstələri şəklində bu günü qeyd ediblər.
Həmçinin, Samirra şəhərində çoxlu sayda İŞİD qüvvələrinin yerləşdirildiyini və Əskəreyn imamlarının (əleyhiməssalam) hərəmlərinə və Bələd şəhərində Seyid Məhəmmədin (əleyhissalam) hərəminə bir neçə hücumun edildiyini nəzərə alaraq, bəzi Həşdu Şabi qüvvələri bu şəhərlərdə də zəvvarlarla birlikdə əzadarlıq etmiş, həmçinin İmam Zamanın (ə) evində İŞİD üzərində qələbəyə şükür edərkən əllərində şəhid Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəkillərini tutaraq Allahdan zalımların məhvini istəmişlər.
Qeyd edək ki, İŞİD 2014-cü ildən İraqda bir çox terror aktları həyata keçirmiş, hətta Bağdadın darvazasına qədər gəlib çıxmışlar, lakin müqavimət qüvvələrinin köməyi, şəhid Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin səyləri ilə ərazi təmizlənmiş və onlara irəliləməyə icazə verilməmişdir. Nəhayət ki, Hacı Qasim Süleymani 2017-cı il Dekabrın 10-da Ali Rəhbərə İŞİD-in məhv edildiyini rəsmən elan etmişdir.